...

"Zeytun budağı"nda 1485-ci terrorçu məhv edildi

Dünya xəbərləri Materials 14 Fevral 2018 11:39 (UTC +04:00)
"Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək 1485 terrorçu zərərsizləşdirilib.
"Zeytun budağı"nda 1485-ci terrorçu məhv edildi

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək 1485 terrorçunu zərərsizləşdirib.

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Əməliyyatın 26-cı günündə Afrində 53 nöqtə terrorçulardan təmizlənib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti