...

Böyük Britaniyaya səfərdən siz də çəkinin - Skarlatina bəlası var

Dünya xəbərləri Materials 14 Fevral 2018 13:46 (UTC +04:00)
Böyük Britaniyada skarlatin virusunun yayılması ilə əlaqədar xarici ölkələr öz turistlərinə xəbərdarlıq edib
Böyük Britaniyaya səfərdən siz də çəkinin - Skarlatina bəlası var

Bakı. Trend:

Böyük Britaniyada skarlatina virusunun yayılması ilə əlaqədar xarici ölkələr öz turistlərinə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, İngiltərə və Uelsdə son 3 həftə ərzində skarltinaya yoluxanların sayı iki dəfə artıb.

Təkcə axırıncı həftəsonu 735 yoluxma halı qeydə alınıb. İnfeksiyaya əsasən 2-8 yaş arası uşaqların yoluxduğu məlumat verilir.

Bu ölkəyə səfər etməyi planlaşdırılan turistlərin skarlatina ilə bağlı məlumatları nəzər almaları məsləhət görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti