...

CAR prezidenti istefa verdi

Dünya xəbərləri Materials 15 Fevral 2018 03:29 (UTC +04:00)
Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib
CAR prezidenti istefa verdi

Bakı. Trend:

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısı xalqa müraciəti zamanı bəyan edib.

“Vəzifəmi dərhal tərk etmək qərarına gəldim”,- deyə Zuma bildirib.

Dövlət başçısının səlahiyyətlərini müvvəqəti olaraq vitse-prezident Sirill Ramafosa icra edəcək.

Daha öncə hakim “Afrika Milli Kongresi” (ANC) partiyasının Ceykob Zumaya istefaya getmək üçün 48 saat vaxt verdiyi bildirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti