...

Meksikada güclü zəlzələdən sonra 200-ə yaxın afterşok qeydə alınıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 17 Fevral 2018 08:09 (UTC +04:00)
Meksikada baş verən güclü zəlzələdən sonra 200-ə yaxın təkrar yeraltı təkanlar qeydə alınıb
Meksikada güclü zəlzələdən sonra 200-ə yaxın afterşok qeydə alınıb (YENİLƏNİB)

Bakı. Trend:

Meksikada baş verən güclü zəlzələdən sonra 200-ə yaxın təkrar yeraltı təkanlar qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti öz "Twitter" səhifəsində yazıb.

"Yerli vaxtla saat 21.30-a qədər 194 afterşok qeydə alınıb. Ən güclü afterşok 5,9 bal təşkil edib", - yazıda deyilir.

XXX

06:13

Meksikada 7,2 bal gücündə zəlzələdən sonra 59 təkrar yeraltı təkanlar qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti öz "Twitter" səhifəsində yazıb.

"Yerli vaxtla saat 19.30-a qədər 122 afterşok qeydə alınıb", - yazıda deyilir.

Qeyd edək ki, bugün Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ baş verib.

Xəbər lenti

Xəbər lenti