...

Meksikada DİN rəhbəri və ştat qubernatorunun vertolyotu qəzaya uğrayıb

Dünya xəbərləri Materials 17 Fevral 2018 10:44 (UTC +04:00)
Meksikanın daxili işlər naziri Alfonso Navarretenin içində olduğu vertolyot qəzaya uğrayıb.
Meksikada DİN rəhbəri və ştat qubernatorunun vertolyotu qəzaya uğrayıb

Bakı. Trend:

Meksikanın daxili işlər naziri Alfonso Navarretenin içində olduğu vertolyot qəzaya uğrayıb. Trend-in məlumatına görə, vertolyot nazir ötən gün Meksikada zəlzələ nəticəsində dağılmış ərazilərə baxış keçirərkən baş verib. Məlumata görə, həmin vaxt vertolyotda ştatın qubernatoru da olub.

Qəza nəticəsində nazir və qubernator heç bir xəsarət almayıb. Vertolyotda olan başqa 2 nəfər yüngül xəsarətlər alıb.

Məlumata gröə, havada ərazilərə nəzarət keçirən vertolyot 30 metr hündürlükdən avtomobilin üzərinə düşüb. Qəza nəticəsində yerdə olan 2 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün Meksikada 7,2 bal gücündə zəlzələ baş verib.

Xəbər lenti

Xəbər lenti