...

Meksikada helikopterin qəzaya uğramasısı nəticəsində ölənlərin sayı 13-ə çatıb

Dünya xəbərləri Materials 17 Fevral 2018 19:32 (UTC +04:00)
Meksikada DİN başçısı və Oahaka ştatının qubernatorunun olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
Meksikada helikopterin qəzaya uğramasısı nəticəsində ölənlərin sayı 13-ə çatıb

Bakı. Trend:

Meksikada DİN başçısı və Oahaka ştatının qubernatorunun olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerində 12 nəfərin cəsədi tapılıb. Daha bir nərə isə xəstəxanada dünyasını dəyişib.

Meksikanın daxili işlər naziri Alfonso Navarretenin və Oahaka ştatının qubernatoru Alexandro Muratonun olduğu helikopter zəlzələdən zərər çəkən ərazilərə baxış uçuşu zamanı qəzaya uğrayıb. Onlardan heç biri xəsarət almayıb.

Bildirilir ki, pilot təxminən 30 metr hündürlükdə idarəetməni itirib və nəticədə helikopter avtomobilin üzərinə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti