...

Türkiyə Ordusu Suriyada terrorçulara qan uddurur: 1641-i məhv edilib

Dünya xəbərləri Materials 19 Fevral 2018 11:18 (UTC +04:00)
"Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.
Türkiyə Ordusu Suriyada terrorçulara qan uddurur: 1641-i məhv edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Ötən gün Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib.

Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların 15 obyektinə, o cümlədən, silah anbarına və döyüşçülərin sığınacağına zərbələr endirib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti