...

Ərdoğan və Ruhani Suriyanı müzakirə etdilər

Dünya xəbərləri Materials 19 Fevral 2018 21:29 (UTC +04:00)
Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında telefon danışığı olub.
Ərdoğan və Ruhani Suriyanı müzakirə etdilər

Bakı. Trend:

Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında telefon danışığı olub.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, tərəflər danışıqlar zamanı Suriya məsələsini, xüsusən Afrin və İdlibdəki vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti Afrində "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulara qarşı mübarizədə birgə səylərin zəruriliyini vurğulayıb.

Ərdoğan həmçinin İranda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərlə bağlı İran prezidentinə baş sağlığı verib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti