...

"Zeytun budağı"nda 75 yaşayış məntəqəsi terrorçulardan azad edilib

Dünya xəbərləri Materials 20 Fevral 2018 10:52 (UTC +04:00)
"Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 75 yaşayış məntəqəsini azad edib.
"Zeytun budağı"nda 75 yaşayış məntəqəsi terrorçulardan azad edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 75 yaşayış məntəqəsini azad edib.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında daha 5 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti