...

Yerevanda yaşayış binasında güclü partlayış olub

Hadisə Materials 20 Fevral 2018 10:07 (UTC +04:00)
Ermənistanın paytaxtı Yerevanda yaşayış binasında güclü partlayış olub.
Yerevanda yaşayış binasında güclü partlayış olub

Bakı. Trend:

Ermənistanın paytaxtı Yerevanda yaşayış binasında güclü partlayış olub.

Trend-in məlumatına görə, hadisə səhər saatlarında Gürcü küçəsi, bina 10-da qeydə alınıb.

Əraziyə iki yanğınsöndürmə briqadası göndərilib.

Partlayış nəticəsində 4 saylı mənzildə arakəsmə və eyvan dağılıb. 2, 3 və 4-cü mərtəbələrdəki mənzillərin pəncərələri sınıb.

Xəsarət alanların olmadığı bildirilir. 14 sakin təxliyə edilib.

Binanın həyətində saxlanılan 10 avtomobil də zərər görüb.

Qəzanın səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti