...

Ərdoğan Latın Amerikasını Afrikaya dəyişdi - Turneyə çıxır

Dünya xəbərləri Materials 20 Fevral 2018 10:19 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfərə gedəcəyi bildirilib.
Ərdoğan Latın Amerikasını Afrikaya dəyişdi - Turneyə çıxır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfərə gedəcəyi bildirilib. Trend-in məlumatına görə, səfər barədə Türkiyə prezidentinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, səfər fevralın 26-dan martın 2-dək davam edəcək. Türkiyəli liderin Afrikanın 4 ölkəsinə - Əlcəzair, Mavritaniya, Seneqal və Maliyə rəsmi səfər edəcəyi qeyd olunub.

Qeyd edək ki, daha öncə R.T.Ərdoğanın fevral ayında Latın Amerikası ölkələrinə səfəri gözlənilirdi. Lakin bu səfər Türkiyənin Afrində keçridiyi "Zeytun budağı" hərbi əmliyyatları səbəbindən qeyri-müəyyən vaxta qədər təxirə salındı.

Xəbər lenti

Xəbər lenti