...

"Zeytun budağı"nda zərərsizləşdirilən terrorçuların sayı artır - 1780

Dünya xəbərləri Materials 21 Fevral 2018 12:23 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində bugünədək ümumilikdə 1780 terrorçu zərərsizləşdirilib.
"Zeytun budağı"nda zərərsizləşdirilən terrorçuların sayı artır - 1780

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək ümumilikdə 1780 terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmaslarının 65 üzvü məhv edilib.

Bundan başqa, əməliyyat müddətində ümumilikdə 80-dən çox yaşayış məntəqəsinin terrorçulardan azad edildiyi bildirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti