...

Nigeriyada "Boko Haram"ın hücumundan sonra itkin düşən məktəbli qızların təxminən 80-i xilas edilib

Dünya xəbərləri Materials 22 Fevral 2018 06:25 (UTC +04:00)
Nigeriya ordusu "Boko Haram" silahlılarının ölkənin Dapçi kəndinə (Yobe ştatı) hücumundan sonra itkin düşmüş məktəbli qızların təxminən 80-i xilas edib
Nigeriyada "Boko Haram"ın hücumundan sonra itkin düşən məktəbli qızların təxminən 80-i xilas edilib

Bakı. Trend:

Nigeriya ordusu "Boko Haram" silahlılarının ölkənin Dapçi kəndinə (Yobe ştatı) hücumundan sonra itkin düşmüş məktəbli qızların təxminən 80-i xilas edib.

Trend-in "CNN"ə istinadən verdiyi məlumata görə, qızalr Borno və Yobe ştatlarının sərhədində yerləşən şəhərdə aşkar edilib. Xilas edilən qızların dəqiq sayı bu gün bildiriləcək.

"Reuters" agentliyinin məlumatına əsasən, Nigeriya ordusu 76 məktəbli qızı xilas edib və 2-nin cəsədini aşkar edib.

Qeyd edək ki, daha əvvəl "Boko haram" radikal qruplaşmasının silahlıları Nigeriyanın Yobe ştatında yerləşən Dapçi kəndinə hücum ediblər. Silahlıların hücumundan sonra azı 111 məktəbli qız itkin düşmüşdü.

Xəbər lenti

Xəbər lenti