...

1000 nəfər sərnişini olan gəmi yük gəmisi ilə toqquşub - Çində

Hadisə Materials 22 Fevral 2018 11:14 (UTC +04:00)
Çinin cənubundakı Quandun əyalətinin sahillərində yük gəmisi ilə sərnişin gəmisi toqquşub
1000 nəfər sərnişini olan gəmi yük gəmisi ilə toqquşub - Çində

Bakı. Trend:

Çinin cənubundakı Quandun əyalətinin sahillərində yük gəmisi ilə sərnişin gəmisi toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər itkin düşüb.

Qəza zamanı sərnişin gəmisində min nəfərə yaxın sərnişin olduğu bildirilib.

Məlumata görə, toqquşma nəticəsində yük gəmisi aşıb və gəmidə olan beş nəfər suya düşüb. Onlardan 3 nəfəri xilas etmək mümkün olub.

Hazırda itkin düşənlərin axtarışı aparılır.

Sərnişin gəmisində olan sərnişinlərdən xəsarət alan olmadığı bildirilib.

Yük gəmisi batıb.

Xəbər lenti

Xəbər lenti