...

Danimarka Gürcüstana 27 milyon avro ayırır - NİYƏ?

Dünya xəbərləri Materials 23 Fevral 2018 12:51 (UTC +04:00)
Danimarka hökuməti “qonşuluq proqramı” çərçivəsində Gürcüstana 27 milyon avro məbləğində maliyyə yardımı edəcək.
Danimarka Gürcüstana 27 milyon avro ayırır - NİYƏ?

Bakı. Trend:

Danimarka hökuməti “qonşuluq proqramı” çərçivəsində Gürcüstana 27 milyon avro məbləğində maliyyə yardımı edəcək.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan və Danimarkanın xarici işlər nazirləri Mixeil Canelidze ilə Anders Samuelsenin görüşünün yekununda elan olunub.

Proqram çərçivəsində ediləcək maliyyə yardımı Gürcüstanda demokratik islahatların dəstəklənməsinə yönələcək.

Qeyd edək ki, Danimarkanın “qonşuluq siyasəti” proqramı 2017-2021-ci illəri əhatə edəcək. Ayrılan məbləğ demokratiya və insan hüquqlarının möhkəmləndirilməsinə kömək, dayanıqlı və inklüziv iqtisadi inkişafa dəstək tədbirləri üçün nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti