...

"Taliban" hücum etdi - 25 hərbçi öldürüldü

Dünya xəbərləri Materials 24 Fevral 2018 10:48 (UTC +04:00)
Əfqanıstanın cənub-qərbində Fərəh vilayətində "Taliban" radikal hərəkatının silahlıları hərbi bazaya hücum ediblər.
"Taliban" hücum etdi - 25 hərbçi öldürüldü

Bakı. Trend:

Əfqanıstanın cənub-qərbində Fərəh vilayətində "Taliban" radikal hərəkatının silahlıları hərbi bazaya hücum ediblər.

Trend-in məlumatına görə, hücum nəticəsində azı 25 Əfqanıstan hərbçisinin həlak olduğu bilirilib.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb. Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.

Daha sonra isə Gilmənd vilayətində güclü partlayış baş verib. Həmin partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

Xəbər lenti

Xəbər lenti