...

Ərdoğan: Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə davam edəcək

Dünya xəbərləri Materials 24 Fevral 2018 21:15 (UTC +04:00)
Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə və istənilən təhlükə mənbələrərini aradan qaldırmağa davam edəcək
Ərdoğan: Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə davam edəcək

Bakı. Trend:

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə və istənilən təhlükə mənbələrərini aradan qaldırmağa davam edəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş əyalətində keçirilən mitinq zamanı bildirib.

Ərdoğan qeyd edib ki, heç kəsin Ankaradan Türkiyə sərhədlərinə təhlükənin aradan qaldırılması istiqamətində attığı addımlara görə cavab tələb etməyə haqqı yoxdur: "Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə və istənilən təhlükə mənbələrərini aradan qaldırmağa davam edəcək. Türkiyə və onun ordusu düşmənlərdən qorxmur. Afrindəki əməliyyat bunu sübut edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti