...

Çin Suriyaya 5,4 min ton düyü göndərib

Dünya xəbərləri Materials 28 Fevral 2018 09:40 (UTC +04:00)
Çin hakimiyyəti Suriyaya humanitar yardım qismində 5,4 min ton düyü göndərib.
Çin Suriyaya 5,4 min ton düyü göndərib

Bakı. Trend:

Çin hakimiyyəti Suriyaya humanitar yardım qismində 5,4 min ton düyü göndərib.

Bu barədə Trend Çin Mərkəzi Televiziyasına istinadən məlumat verir.

Çin Xalq Respublikasının Suriyadakı səfiri Si Syanszin qeyd edib ki, rəsmi Pekin Suriyanın bərpasında fəal rol oynamağa səy göstərir: "Ümid edirik ki, bu tədbirlər Suriya xalqının iztirabını azaltmağa imkan verəcək".

Xatırladaq ki, bundan əvvəl Çin Suriya rəhbərliyi ilə 40 milyon dollar dəyərində elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər humanitar yardımların tədarükü qismində Dəməşqə qarşılıqsız yardım göstərilməsi haqqında üç saziş imzalamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti