...

ABŞ-da avtomobildə partlayıcı qurğu tapılıb

Hadisə Materials 19 Mart 2018 16:45 (UTC +04:00)
Brumfild şəhərində əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib.
ABŞ-da avtomobildə partlayıcı qurğu tapılıb

Bakı. Trend:

ABŞ-ın Kolorado ştatının Brumfild şəhərində əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, partlayıcı qurğu ticarət mərkəzinin yaxınlığındakı dayanacaqda saxlanmış avtomobildə aşkar edilib.

Hüquq-mühafizə orqanları şübhəli şəxs qismində 3 nəfəri saxlayıb. Onlardan ikisi kişi, biri qadındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti