...

Makron: Fransanın cənubunda silsilə hücumlar nəticəsində 16 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 24 Mart 2018 00:18 (UTC +04:00)
Fransanın Od departamentində silsilə hücumlar nəticəsində 16 nəfər xəsarət alıb
Makron: Fransanın cənubunda silsilə hücumlar nəticəsində 16 nəfər xəsarət alıb

Bakı. Trend:

Fransanın Od departamentində silsilə hücumlar nəticəsində 16 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, xəsarət alanların 2-nin vəziyyəti ağırdır, 3 nəfər isə həlak olub.

Qeyd edək ki, silsilə hücumlar Fransanın cənubunda Od departamentində baş verib. Karkasonda yaşayan 26 yaşlı mərakeşli Reduan Lakdim avtomobil yolunda sürücüyə hücum edib və yaralayıb, onun sərnişinini isə öldürüb. Avtomobili ələ keçirdikdən sonra o, qaçışdan qayıdan bir qrup silahsız xüsusi təyinatlılara hücum edib.

Sonra o, "Super U" mağazasına gəlib və bir qrup insanı girov götürüb. Fransa polisinin həyata keçirdiyi əməliyyat zamanı Reduan Lakdim zərərsizləşdirilib. Silsilə hücumlara görə cavabdehliyi İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti