...

Venesuela Rusiyadan aldığı avtomobil ehtiyyat hissələrinə görə ödənişi "petro" ilə həyata keçirmək istəyir

Dünya xəbərləri Materials 4 Aprel 2018 03:38 (UTC +04:00)
Venesuela Rusiyadan idxal olunan avtomobil detalları və ehtiyyat hissələrinə görə ödənişiözünün "petro" kriptovalyutası ilə həyata keçirməyi planlaşdırır.
Venesuela Rusiyadan aldığı avtomobil ehtiyyat hissələrinə görə ödənişi "petro" ilə həyata keçirmək istəyir

Bakı. Trend:

Venesuela Rusiyadan idxal olunan avtomobil detalları və ehtiyyat hissələrinə görə ödənişi özünün "petro" kriptovalyutası ilə həyata keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu ölkənin xarici ticarət naziri Xose Vielma Mora bildirib.

Onun sözlərinə görə, Karakasda keçirilən Hökumətlərarası Komissiyanın iclasında Rusiyanın "KamAZ"ı ilə alyans müzakirə olunub.

"Bu, detal və ehtiyyar hissələri, təkərlər və akkumulyatorlar, həmçinin avtomobillərin bizim ölkəmizdə yığılması və bizim kriptovalyuta, "petro"nu da daxil etdiyimiz ödəniş növlərinə aiddir", deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti