...

ABŞ Nigerdə yeni hərbi baza tikir

Dünya xəbərləri Materials 24 Aprel 2018 04:16 (UTC +04:00)
ABŞ Niger hökümətinin sifarişi ilə ölkənin şimalında yeni hərbi baza tikir
ABŞ Nigerdə yeni hərbi baza tikir

Bakı. Trend:

ABŞ Niger hökümətinin sifarişi ilə ölkənin şimalında yeni hərbi baza tikir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hərbi bazada qırıcı təyyarələr və pilotsuz uçuş aparatları yerləşdiriləcək.

Bildirilir ki, "Niger Air Base 201" adlı hərbi baza gələn ilin əvvəlində fəaliyyət göstərməyə başlayacaq. Pilotsuz uçuş aparatları zərbələr endirmə və izləmə üçün vasitələr ilə təchiz olunacaq. Pilotsuz uçuş aparatları Əl-Qaidə və İŞİD terror təşkilatlarına qoşulmuş qruplaşmalara və "Boko Haram" terror qruplaşmasına qarşı istifadə olunacaq.

Hərbi bazanın ümumi tikinti dəyəri 110 milyon dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti