...

İstanbulda aksiya keçirilir: etirazçılar İsrail və ABŞ əleyhinə şüarlar səsləndirir (FOTO)

Dünya xəbərləri Materials 14 May 2018 22:33 (UTC +04:00)
İstanbulda İsrailin Qəzzada hərəkətlərinə qarşı etiraz aksiyası keçirilir.
İstanbulda aksiya keçirilir: etirazçılar İsrail və ABŞ əleyhinə şüarlar səsləndirir (FOTO)

Bakı. Trend:

İstanbulda İsrailin Qəzzada hərəkətlərinə qarşı etiraz aksiyası keçirilir.

Trend-in Habertürk-ə istinadən verdiyi məlumata əsasən, aksiyada minlərlə insan iştirak edir. Qeyd olunur ki, etirazçılar həmçinin ABŞ-ın İsraildəki paytaxtını Tel-Əvivdən Qüdsə keçirməsi qərarına qarşı çıxış edirlər.

Aksiya iştirakçıları İsrail və ABŞ əleyhinə şüarlar səsləndirir. Aksiyalar İstanbulun İstiqlal küçəsi və Taksim meydanında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti