...

Hamburq hava limanı fəaliyyətini müvəqqəti dayandırdı

Dünya xəbərləri Materials 3 İyun 2018 19:22 (UTC +04:00)
Almaniyanın Hamburq beynəlxalq hava limanı elektrik xətlərindəki qısa qapanmadan sonra fəaliyyətini müvəqqəti dayandırıb.
Hamburq hava limanı fəaliyyətini müvəqqəti dayandırdı

Bakı. Trend:

Almaniyanın Hamburq beynəlxalq hava limanı elektrik xətlərindəki qısa qapanmadan sonra fəaliyyətini müvəqqəti dayandırıb.

Trend-in məlumatına görə, aeroportun rəsmi "Twitter" səhifəsində yazılır: “Hava limanı uçuşları bu günlük dayandırmaq məcburiyyətindədir. Baş vermiş nasazlığı aradan qaldırmaq mümkün olmadı. Təhlükəsiz fəaliyyət üçün hava limanına alternativ enerji mənbəyi lazımdır”.

Hava limanına gələn yollar polis qüvvələri tərəfindən bağlanıb.

Qeyd edək ki, Hamburq hava limanı il ərzində 17 milyon sərnişinə xidmət göstərir. Bu göstərici Almaniya hava limanları arasında beşincidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti