...

Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi

Dünya xəbərləri Materials 7 İyun 2018 14:54 (UTC +04:00)
Əfqanıstan Prezidenti Əşrəf Qəni “Taliban” terror təşkilatı ilə müvəqqəti atəşkəs elan olunduğunu açıqlayıb
Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi

Bakı. Trend:

Əfqanıstan Prezidenti Əşrəf Qəni “Taliban” terror təşkilatı ilə müvəqqəti atəşkəs elan olunduğunu açıqlayıb.

Trend-in məlumatına görə, prezident atəşkəsin Ramazan bayramı ilə əlaqədar elan olunduğunu bildirib.

Qeyd olunur ki, atəşkəs Ramazan ayının 27-ci günündən Ramazan bayramının 5-ci gününədək (iyunun 11-dən iyunun 19-dək) müddəti əhatə edəcək.

Ə.Qəni bəyan edib ki, bu müddət ərzində Əfqanıstan ordusu “Taliban”a qarşı hücum əməliyyatlarını dayandıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti