...

Qvatemalada vulkan püskürməsi nəticəsində yaralanan uşaqlar ABŞ-da müalicə olunacaq

Dünya xəbərləri Materials 8 İyun 2018 02:18 (UTC +04:00)
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində yaralanan 6 uşaq ABŞ-da müalicə olunacaq
Qvatemalada vulkan püskürməsi nəticəsində yaralanan uşaqlar ABŞ-da müalicə olunacaq

Bakı. Trend:

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində yaralanan 6 uşaq ABŞ-da müalicə olunacaq.

Trend-in məlumatına görə, uşaqlar iyunun 7-si Texas ştatında yerləşən San-Antonio hərbi bazasına gətirilib.

Onlar Qalveston şəhərinin uşaq xəstəxanasında müalicə olunacaqlar. Bunda əlavə, hazırda Qvatemalada Meksika həkimləri işləyir.

Qeyd edək ki, son məlumatlara əsasən, Fueqo vulkanının püskürməsi nəticəsində 100 nəfər həlak olub, 192 nəfər itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti