...

Keniyada daşqınlar 186 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 7 İyun 2018 23:22 (UTC +04:00)
Keniyada güclü yağışlar nəticəsində başlayan daşqınlar 186 nəfərin həyatına son qoyub
Keniyada daşqınlar 186 nəfərin həyatına son qoyub

Bakı. Trend:

Keniyada güclü yağışlar nəticəsində başlayan daşqınlar 186 nəfərin həyatına son qoyub.

Trend-in məlumatına görə, bu barədə Humanitar Məsələlər üzrə BMT Ali komissarının İdarəsi məlumat verir.

Məlumata əsasən, daşqınlar nəticəsində 100 nəfər xəsarət alıb, azı 300 min nəfər isə öz evini tərk etmək məcburiyyətində qalıb. Ümumilikdə daşqınlardan 800 min insana zərər dəyib.

Humanitar Məsələlər üzrə BMT Ali komissarının İdarəsi ölkədə təmiz suyun olmaması və 17 dairədə təhlükəli xəstəliklərin yayılma riskindən narahatdır.

Son məlumatlara əsasən, 8 dairədə vəba virusuna yoluxma halları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti