Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ ilə sammitə hazırlıqlar zamanı denuklearizasiyaya hazır olduğunu təsdiqləyib.
Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
M.Pompeo bildirib: "ABŞ və Şimali Koreya birbaşa danışıqlar və sammitə hazırlıq aparırlar. Şimali Koreya denuklearizasiyaya hazır olduğunu təsdiqləyib".
Onun sözlərinə görə, hazırda iyunun 12-si Sinqapurda keçiriləcək sammitin logistika üzrə hazırlıqları başa çatır.