...

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 109-a çatıb

Dünya xəbərləri Materials 8 İyun 2018 06:17 (UTC +04:00)
Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 109 nəfərə çatıb
Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 109-a çatıb

Bakı. Trend:

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 109 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Qvatemalanın Məhkəmə Elmləri İnstitutundan bildiriblər.

İstitutun məlumatına əsasən, iyunun 7-si 10 nəfərin meyiti aşkar olunub. 192 nəfər hələdə itkin düşmüş sayılır.

Qvatemala prokurorluğu Fueqo vulkanının püskürməsi nəticəsində insanların ölümü ilə əlaqədar araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti