...

Tramp və Kim Çen In Şimali Koreyanın nüvə silahından təmizlənilməsi müddətini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 8 İyun 2018 23:49 (UTC +04:00)
Donald Tramp və KXDR lideri Kim Çen In sammit zamanı Koreyanın nüvə silahından təmizlənilməsi müddətini müzakirə edəcəklər.
Tramp və Kim Çen In Şimali Koreyanın nüvə silahından təmizlənilməsi müddətini müzakirə edəcəklər

Bakı. Trend:

Donald Tramp və KXDR lideri Kim Çen In sammit zamanı Koreyanın nüvə silahından təmizlənilməsi müddətini müzakirə edəcəklər, ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

"Mən vaxt çərçivələri haqqında danışmaq istəmirəm. Liderlər bu məsələni mütləq müzakirə edəcəklər. Bu sual haqqında diskussiyalar olub artıq. Biz qərək baxaq bu məsələdə hansı irəlləyişlərə nail ola biləcəyik “, - bunu Pompeo NHK televiziya şirkətinə müsahibəsində bildirib.

Kim Çen In ona şəxsən söyləyib ki, "o, prezident Trampla oturub nüvə silahından təmizlənmə prosesinin gedişatı məsələsini müzakirə etməyə hazırdır", - Pompeo əlavə edib.

"Sədr Kim böyük strateji qərar qəbul etməli olacaq. Tarix boyu o, nüvə proqramı onun ölkəsinin təhlükəsizliyini təmin edəcəyinə inanırdı. Bu düşüncə tərzini dəyişmək lazımdır. İndi isə o, təhlükəsizliyin təmin olunmasını ABŞ və dünya ilə yaxşı münasibətlərin qurulmasında görməlidir. Bu böyük irəlləyiş olacaq", - Pompeo əlavə edib.

Tramp və Kim Çen In arasında görüş iyunun 12-də Sinqapurda keçiriləcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti