Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampı Pxenyana dəvət edib.
Trend-in məlumatına görə, iyulda Pxenyanda sammit keçiriləcək.
Donald Tramp rəsmi Pxenyanla danışıqları davam etdirmək niyyətindədir.
ABŞ lideri cavab olaraq Kim Çen Inı sentyabrda ölkəsinə dəvət edib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında görüş iyunun 12-də Sinqapurda baş tutacaq.