...

İrlandiyada təyyarə partlayış təhlükəsi ilə əlaqədar təcili eniş edib

Dünya xəbərləri Materials 11 İyun 2018 23:01 (UTC +04:00)
Romadan Çikaqoya yollanan "United Airlines" aviaşirkətinə məxsus təyyarə İrlandiyada təcili eniş edib.
İrlandiyada təyyarə partlayış təhlükəsi ilə əlaqədar təcili eniş edib

Bakı. Trend:

Romadan Çikaqoya yollanan "United Airlines" aviaşirkətinə məxsus təyyarə İrlandiyada təcili eniş edib.

Trend-in "Irish Sun" qəzetinə istinadən verdiyi məlumata əsasən, buna səbəb təyyarədə kağıq üzərində bomba haqqında qeydlərin tapılması olub. Kağıq parçası təyyarənin sanitar qovşağında tapılıb.

Qeyd olunur ki, göyərtəsində 214 sərnişin və ekipaj üzvü oldan "Boeing-767-300" təyyarəsi İrlandiyanın "Şennon" hava limanında enib.

Təxliyə olunmuş sərnişinlər yerli hotellərdə yerləşdirilib. Polis təyyarədə şübhəli əşyalar aşkar etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti