...

Çavuşoğlu Türkiyənin TANAP-da rolundan danışıb

Dünya xəbərləri Materials 11 İyun 2018 01:39 (UTC +04:00)
Türkiyə dünyada 10 meqalayihədən 6-nı həyata keçirib və keçirməyə davam edir.
Çavuşoğlu Türkiyənin TANAP-da rolundan danışıb

Bakı. Trend:

Türkiyə dünyada 10 meqalayihədən 6-nı həyata keçirib və keçirməyə davam edir.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu günə planlaşdırılan Transanadolu qaz kəmərinin (TANAP) açılışını şərh edərkən deyib.

Diplomat xatırladıb ki, kəmər Azərbaycandan Türkiyəyə nəql olunacaq qazın Avropaya çatdırılmasını nəzərdə tutur.

Çavuşoğlu bildirib ki, layihənin əsas iştirakçılarında biri Türkiyədir: "Baxın, biz nə edirik? Bu sadəcə xəyallar deyil. Etmişik və yenə də edəcəyik".

Qeyd edək ki, bu gün Türkiyədə TANAP layihəsinin açılışı baş tutacaq.

Mayın 29-da isə Bakıda Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasimi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti