...

ABŞ-da sərgidə atışma: 20 nəfər yaralanıb

Dünya xəbərləri Materials 17 İyun 2018 17:38 (UTC +04:00)
ABŞ-ın Nyu-Cersi ştatında "Art All Night" sərgisində baş verən atışma nəticəsində 20 nəfər xəsarət alıb.
ABŞ-da sərgidə atışma: 20 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-ın Nyu-Cersi ştatında "Art All Night" sərgisində baş verən atışma nəticəsində 20 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, atəş açan şəxs ölüb. Hadisə Trenton şəhərində yerli vaxtla 03:00-da baş verib.

Merser dairəsinin prokuroru Andjelo Onofri bildirib ki, xəsarət alan 20 nəfərdən 16-ı пüllə yaraları alıb, onlar yerli xəstəxanalara çatdırılıb.

Prokurorun sözlərinə görə, atışmada iştirakına görə şübhəli bilinən daha bir nəfər saxlanılıb. Hadisənin səbəbləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti