...

Londonda terakt hazırlamaqda şübhəli bilinən şəxs azadlığa buraxılıb

Dünya xəbərləri Materials 18 İyun 2018 09:51 (UTC +04:00)
Londonda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs azadlığa buraxılıb
Londonda terakt hazırlamaqda şübhəli bilinən şəxs azadlığa buraxılıb

Bakı. Trend:

İyunun 10-da Böyük Britaniyanın Hitrou hava limanında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan Finlandiya vətəndaşı azadlığa buraxılıb.

Trend xəbər verir ki, bu barədə Skotland-Yardın məlumatında deyilir.

Məlumata bildirilir: "29 yaşlı Finlandiya vətəndaşı iyunun 15-i azadlığa buraxılıb".

Qeyd edək ki, son iki il ərzində 4 Finlandiya vətəndaşı Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

2016-cı ildə Birləşmiş Krallığın ərazisində Finlandiya pasportuna malik somalili gənc, 2017-ci ilin sentyabrında isə ikili vətəndaşlıqları olan (Böyük Britaniya və Finlandiya) iki nəfər saxlanılıb və məhkum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti