...

Belçika prokuroru əsas təhlükəni daxili terrorçularda görür

Dünya xəbərləri Materials 21 İyun 2018 07:12 (UTC +04:00)
Hazırda terror xarakterli əsas təhlükə xaricdən gələn yaraqlılardan yox ölkə daxilindəki cinayətkarlardan irəli gəlir
Belçika prokuroru əsas təhlükəni daxili terrorçularda görür

Bakı. Trend:

Hazırda terror xarakterli əsas təhlükə xaricdən gələn yaraqlılardan yox ölkə daxilindəki cinayətkarlardan irəli gəlir.

Trend-in məlumatına görə, bunu Belçikanın federal prokuroru Frederik Van Leuv Avropada terrorizmə qarşı mübarizə problemləri üzrə Avropanın "Eurojust" agentliyinin konfransında bildirib.

Prokuror deyib: "Liyejdə baş verən faciəli hadisələr bizə hazırda əsas təhlükənin daxili xarakterli olduğunu xatırlatdı. Avropada törədilən son terror aktlarının təxminən hamısı "daxili yaraqlılar-terrorçular" kateqoriyasına aid şəxslər tərəfindən törədilib. Xarici terrorçu tərəfindən törədilən son terror aktı Brüsseldə 22 mart 2016-cı ildə olub".

Qeyd edək ki, 22 mart 2016-cı ildə Brüsseldə baş verən terror aktı zamanı 32 nəfər həlak olub, 300-dən artıq insan isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti