...

Putin Abubakarı özünə müşavir təyin etdi

Dünya xəbərləri Materials 22 İyun 2018 15:25 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Abubakar Edelgeriyevi özünə müşavir təyin edib.
Putin Abubakarı özünə müşavir təyin etdi

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Abubakar Edelgeriyevi özünə müşavir təyin edib.

Bu barədə Trend Kremlin mətbuat xidmətinə istinadən məlumat verir.

Edelgeriyev Abubakar Sayd-Husaynoviç bundan əvvəl Çeçenistanın kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışıb. 2008-ci ildə isə Çeçenistan hökuməti başçısının müavini - kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Rusiya Prezidentinin müşaviri vəzifəsinə təyin olunanadək Çeçenistan Respublikasının hökumət başçısı postunda çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti