...

ABŞ və Hindistan Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

Dünya xəbərləri Materials 29 İyun 2018 12:29 (UTC +04:00)
ABŞ və Hindistanın xarici işlər və müdafiə nazirləri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək
ABŞ və Hindistan Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

Bakı. Trend:

ABŞ və Hindistanın xarici işlər və müdafiə nazirləri Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.

Bundan başqa, Hindistanın Rusiyadan S-400 zenit-raket komplekslərinin alması planları da müzakirə olunacaq.

Qeyd olunur ki, Vaşinqton Hindistanı Rusiyaya sanksiya tətbiq edən ölkələr siyahısına daxil olmağa çağıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti