...

Puerto-Rikoda helikopter çimərliyə düşüb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 1 İyul 2018 10:45 (UTC +04:00)
Puerto-Rikonun şimal-şərq hissəsində "JetRanger" helikopteri çimərliyə düşüb
Puerto-Rikoda helikopter çimərliyə düşüb, ölən və yaralananlar var

Bakı. Trend:

Puerto-Rikonun şimal-şərq hissəsində "JetRanger" helikopteri çimərliyə düşüb.

Trend-in məlumatına görə, helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza Rio-Qrande şəhərinin yaxınlığında baş verib. Yerdə olan insanlardan xəsarət alan olmayıb.

Qəzanın səbəbi məlum deyil. ABŞ Federal Aviasiya İdarəsi araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti