...

Cənubi Koreya XİN: Tokio və Seul ABŞ və KXDR arasındakı danışıqlar prosesini yüksək qiymətləndirir

Dünya xəbərləri Materials 8 İyul 2018 07:32 (UTC +04:00)
Yaponiya və Cənubi Koreya, ABŞ və KXDR arasındakı danışıq prosesini müsbət qiymətləndirir.
Cənubi Koreya XİN: Tokio və Seul ABŞ və KXDR arasındakı danışıqlar prosesini yüksək qiymətləndirir

Bakı. Trend:

Yaponiya və Cənubi Koreya, ABŞ və KXDR arasındakı danışıq prosesini müsbət qiymətləndirir. Bu haqda ABŞ, Yaponiya və Cənubi Koreya xarici işlər nazirlərinin görüşünün yekununa dair Cənubi Koreya Xarici İşlər naziri Kan Gön Xva söyləyib.

"ABŞ Dövlət katibi Pompeo Pxenyandkı danışıqlar haqda bizə ətraflı məlumat verib və bu danışıqların necə keçdiyinə dair müsbət təəssüratımız yaranıb", - XİN rəhbəri bildirib.

Xatırladaq ki, ABŞ Dövlət katibi Mayk Pompeo bir neçə gün əvvəl Koreya yarımadasının nüvə silahından təmizlənməsi məsələsini müzakirə etmək üçün Şimali Koreyada səfərdə olub. Səfər zamanı o, ölkənin bir neçə vəzifəli şəxsləri ilə görüş keçirib. Verilən məlumata görə həmin görüşlər müsbət nəticələnib və denuklerizasiya prosesində mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti