...

287 nəfər Küveytdə restoranda zəhərlənib

Dünya xəbərləri Materials 8 İyul 2018 21:26 (UTC +04:00)
Küveytin Havalli şəhərində yerləşən restoranlardan birində kütləvi zəhərlənmə hadisəsi baş verib
287 nəfər Küveytdə restoranda zəhərlənib

Bakı. Trend:

Küveytin Havalli şəhərində yerləşən restoranlardan birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, restoranının 287 müştərisi falafel yeməyindən zəhərlənib. Onların hamısı xəstəxanaya çatıdırılıb, lakin hazırda əksəriyyəti evə buraxılıb.

Hazırda xəstəxanada 53 nəfər müalicə alır, onların vəziyyəti normaldır.

Kütləvi zəhərlənmənin baş verdiyi restoran bağlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti