...

Meksikada bir sıra bara silahlı hücum olunub: 15 ölü

Dünya xəbərləri Materials 9 İyul 2018 03:21 (UTC +04:00)
Meksikanın Monterrey şəhərində (Nuevo-Leon ştatı) 6 bara silahlı hücum olunub
Meksikada bir sıra bara silahlı hücum olunub: 15 ölü

Bakı. Trend:

Meksikanın Monterrey şəhərində (Nuevo-Leon ştatı) 6 bara silahlı hücum olunub.

Trend-in məlumatına görə, hücumlar nəticəsində azı 15 nəfər qətlə yetirilib, çox sayda yaralı var.

Ən çox insan ölümü "Rancho Viejo" barında qeydə alınıb - 9. Digər barlarda 1 və ya 2 nəfər öldürülüb.

Bütün silahlı hücumlar təxminən eyni vaxtda baş verib.

"Cronica" portalı qeyd edir ki, bütün barlara "Şimal-şərq" adlanan kartel nəzarət edir, hücum edənlər isə "Körfəz" kartelinin üzvləri olub.=

Məqalədə:
Xəbər lenti

Xəbər lenti