...

Səudiyyə Ərəbistanında polis postuna silahlı hücum olunub, ölənlər var

Dünya xəbərləri Materials 9 İyul 2018 00:11 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Əl-Kasim mərkəzi inzibati dairəsinda polis postuna silahlı hücum olunub
Səudiyyə Ərəbistanında polis postuna silahlı hücum olunub, ölənlər var

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Əl-Kasim mərkəzi inzibati dairəsinda polis postuna silahlı hücum olunub.

Trend-in məlumatına görə, silahlı hücum nəticəsində bir polis əməkdaşı və bir Banqladeş vətəndaşı həlak olub.

Səudiyyə Ərəbistanı DİN-nin nümayəndəsi bildirib ki, üç naməlum silahlı avtomobildən postu atəşə tutub. Polislər cavab atəşi ilə 2 silahlını öldürüb, 1-ni isə yaralanıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti