...

Yaponiyada leysan yağışları 100 nəfərin ölümünə səbəb olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 9 İyul 2018 07:38 (UTC +04:00)
Yaponiyada leysan yağışları və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 100-ə çatıb
Yaponiyada leysan yağışları 100 nəfərin ölümünə səbəb olub (YENİLƏNİB)

Bakı. Trend:

Yaponiyada leysan yağışları və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Trend-in məlumatına görə, bundan əlavə 50 nəfər itkin düşmüş sayılır. Yaponiyanın Meteorologiya Xidməti yeni sürüşmələrin və daşqınların təhlükəsi barədə xəbərdarlıq edir.

Baş verən təbii fəlakətlər ən çox Xirosima prefekturası və Exime prefekturasına zərər dəyib.

XXX

07:33

Yaponiyada leysan yağışları və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 89-a çatıb.

Trend-in məlumatına görə, bundan əlavə 58 nəfər itkin düşmüş sayılır. İyulun 9-u səhər saatlarından Yaponiyanın xilasediciləri axtarış-xilasetmə işlərini davam etdirib.

Təxliyə barədə tövsiyələr ölkənin 9 prefekturasında təxminən 5 milyon insan üçün hələdə qalır. Təxminən 30 min insan artıq öz evlərini tərk edib və xüsusi təxliyə zonalarında yerləşiblər.

Baş verən hadisələr nəticəsində nəqliyyatda ciddi fasilələr müşahidə olunur. İlk növbədə bu avtomobil yollarına aiddir. Böyük zavodlar və müəssisələr qeyri-müəyyən müddətə işlərini dayandırmalı olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti