...

Böyük Britaniyanın XİN rəhbəri istefaya gedib

Dünya xəbərləri Materials 10 İyul 2018 01:47 (UTC +04:00)
Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin xarici işlər naziri Boris Consonun istefaya getməsindən sonra onun yerinə ölkənin səhiyyə nazirini təyin edib.
Böyük Britaniyanın XİN rəhbəri istefaya gedib

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin xarici işlər naziri Boris Consonun istefaya getməsindən sonra onun yerinə ölkənin səhiyyə nazirini təyin edib.

Xatırladaq ki, səhiyyə naziri vəzifəsini 51 yaşlı Ceremi Hant icra edib. O, 2012-ci ildən səhiyyə naziri olaraq Britaniya hökumətində çalışıb.

Verilən məlumata əsasən, Hantın namizədliyi artıq şahzadə II Yelizaveta tərəfindən təsdiqlənib.

Bazar ertəsi, iyulun 9-da, Böyük Britaniyanın XİN rəhbəri Boris Conson istefaya getdiyi haqda bəyanat vermişdi. Öz addımını o, baş nazirlə “Brexit” məsələsində fikir ayrılığı ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti