...

Kolumbiya hökuməti ölkənin ən böyük narkotik kartelinin 11 üzvünü tutub

Dünya xəbərləri Materials 10 İyul 2018 06:50 (UTC +04:00)
İyulun 9-da Kolumbiya hüquq-mühafizə orqanları ölkənin ərazisində ən böyük narkotik kartel olan "Körfəz Klanı" adlı terror təşkilatının 11 üzvünü həbs edib.
Kolumbiya hökuməti ölkənin ən böyük narkotik kartelinin 11 üzvünü tutub

Bakı. Trend:

İyulun 9-da Kolumbiya hüquq-mühafizə orqanları ölkənin ərazisində ən böyük narkotik kartel olan "Körfəz Klanı" adlı terror təşkilatının 11 üzvünü həbs ediblər.

"Körfəz Klanı"ndan 11 cinayətkarı həbs etmişik. Son iki ay ərzində bu narkotik maddə tacirləri qrupunun 75 üzvü tutulub", - Kolumbiya ordusunun yeddinci alay komandiri Alberto Sepulveda deyib.

Hərbiçilərin sözlərinə görə, həbs olunanlar arasında bir sıra qətl hadisəsinə cavabdehlik daşıyan Lalo ləqəbi ilə tanınan Robert Morales də var.

"Körfəz klanı" ölkənin 19 inzibati ərazisində fəaliyyət göstərən ən böyük və ən güclü narkotik kartelidir. 2017-ci ilin son nəticələrinə etibarən kartelin sıralarında 1500-dən çox adam cinayət fəaliyyəti göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti