...

Pakistanda partlayış: 5 ölü, 25 yaralı

Dünya xəbərləri Materials 11 İyul 2018 00:36 (UTC +04:00)
Pakistanda terrorçu-intiharçının hücumu nəticəsində 5 nəfər ölüb, daha 25 nəfər yaralanıb.
Pakistanda partlayış: 5 ölü, 25 yaralı

Bakı. Trend:

Pakistanda terrorçu-intiharçının hücumu nəticəsində 5 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

Trend-in "Pakistan Today" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə ölkənin Peşavar şəhərində baş verib. Qeyd olunur ki, terrorçu Avami Milli partiyasının məclisi zamanı hücum törədib.

Ölənlər arasında partiyanın lideri Xarun Bilur və onun oğlu Daniyal Bilur da var.

Yaralananlar yerli xəstəxanaya çatdırılıb, onlardan bəziləri kritik vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti