...

Pakistanda terror hücumu nəticəsində ölənlərin sayı 12-ə çatıb

Dünya xəbərləri Materials 11 İyul 2018 04:41 (UTC +04:00)
Pakistanda terror aktında ölənlərin sayı 12-ə çatıb, daha 35 nəfər yaralanıb. Bu barədə Trend "Pakistan Today" qəzetinə istinadən xəbər verir.
Pakistanda terror hücumu nəticəsində ölənlərin sayı 12-ə çatıb

Bakı. Trend:

Pakistanda terror aktında ölənlərin sayı 12-ə çatıb, daha 35 nəfər yaralanıb. Bu barədə Trend "Pakistan Today" qəzetinə istinadən xəbər verir.

Hadisə ölkənin Peşavar şəhərində baş verib. Qeyd olunur ki, terrorçu Avami Milli partiyasının məclisi zamanı hücum törədib.

Ölənlər arasında partiyanın lideri Xarun Bilur və onun oğlu Daniyal Bilur da var. Yaralananlar yerli xəstəxanaya çatdırılıb, onlardan bəziləri kritik vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti