...

Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 179-a çatıb

Dünya xəbərləri Materials 11 İyul 2018 08:15 (UTC +04:00)
Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 179-a çatıb.
Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 179-a çatıb

Bakı. Trend:

Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 179-a çatıb.

Trend-in məlumatına görə, bunu Tokioda mətbuat konfransı zamanı Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa bildirib.

"Leysan yağışlar nəticəsində 176 nəfər ölüb, daha 3 nəfər ürək və ağ ciyərlərin dayanma halındadır (klinik ölüm)", - deyə Suqa bildirib.

Katibin sözlərinə görə, 9 nəfər itkin düşmüş hesab olunur: "Daşqınların fəsadlarının aradan qaldırılması və itkin düşənlərin axtarışlarında 75 min insan iştirak edir, o cümlədən Özünümüdafiə Qüvvələri də, həmçinin 83 helikopter".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti