...

Hindistanda torpaq axdı - 9 nəfər torpaq altında qaldı

Dünya xəbərləri Materials 11 İyul 2018 12:59 (UTC +04:00)
Hindistanın şərqindəki Manipur ştatında torpaq sürüşməsi baş verib.
Hindistanda torpaq axdı - 9 nəfər torpaq altında qaldı

Bakı. Trend:

Hindistanın şərqindəki Manipur ştatında torpaq sürüşməsi baş verib.

Trend-in məlumatına görə, insident nəticəsində 9 nəfər həlak olub. Ölənlərdən 8 nəfəri uşaqdır.

Məlumata görə, sürüşməyə leysan yağışları səbəb olub.

Çoxlu sayda evin palçıq qatının altında qaldığı bildirilir.

Hazırda bölgədə axtarış işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti